Türkiyədə zəlzələ baş verən bölgələrdən biri olan Adanada axtarış-xilasetmə işləri başa çatıb. Bölgədə dağıntılar altından 34 vətəndaş çıxarılıb, 418 nəfər isə həlak olub.
Zəlzələdən ciddi ziyan çəkən Qaziantep vilayətinin Nurdağı şəhəri tamamilə sökülərək yenidən tikiləcək.
Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,8 maqnitudalı daha bir zəlzələ olub.
Zəlzələ nəticəsində dağılan binaların podratçılarının həbsi davam edir. Adıyamanda uçan çox sayda binanı tikən 2 nəfər – Yavuz Karakuş və Sevilay Karakuş İstanbulda saxlanılıb.
Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itləri də cəlb edib. Həmin itlər dağıntılar altında 15 nəfəri sağ, 27 nəfərin isə meyitini aşkarlayıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Nərgiz Camalzadə