Adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı saxlanılındı
Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı saxlanılınıb. 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə birgə Pakistan vətəndaşını Kanadaya göndərmək adı altında aldadaraq Azərbaycana gətizdiriblər. Onu Qəbələnin Vəndam qəsəbəsində yerləşən evə aparıb və azad edilməsi müqabilində Pakistandakı qohumlarından külli miqdarda pul tələb ediblər. Dəstə üzvləri aşkarlanaraq barələrində cinayət işi açılıb, girovluqda saxlanılan Pakistan vətəndaşı isə azad edilib.
Fərid Mehdiyev