Ad günü tədbiri yasa dönüb, Ağcabədi sakini dostunu öldürüb

2019-11-08 10:04

Agcabədidə rayon sakini Cavid Quliyev ad günü münasibətilə keçirilən məclisdə dostu Kərim Sultanovu bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan K.Sultanov rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Vəfa Şairova