Abşeronda çoxmərtəbəli binada, Astarada isə evdə yanğın olub
Abşeronun Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Mənzildə yaranan alovu FHN əməkdaşları yayılmadan söndürüblər.
Astaranın Rudəkənar kəndində isə ümumi sahəsi 200 m² olan ikimərtəbəli evdə yanğın olub. Burada da alov söndürülüb, xəsarət alan yoxdur.
Vüsalə Cənnətova