Abşeronda bıçaqlanma hadisəsi baş verib
Aşağı Güzdək qəsəbəsində qeydə alınan hadisədə qəsəbə sakini Samir Cəfərov münaqişə zəminində tanışı Ruslan Həsənovu bıçaqlayıb. Ruslan Həsənov xəstəxanaya yerləşdirilib, Samir Cəfərov isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.