Abşeron və Xocalıda qəza olub, ölən və xəsarət alanlar var
Abşeron rayonunun Masazır qəsəbəsində 1997-ci il təvəllüdlü Rəşid Mirzəyev kuryer şirkətinə məxsus motosikleti dayanacaqda dayanmış marşrut avtobusuna çırpıb. Zərbənin təsirindən o, motosikletlə birgə, həmin istiqamətdə hərəkətdə olan “ZİL-130”un qarşısına aşıb. Nəticədə, motosikletin sürücüsü hadisə yerində ölüb.
Xocalının Çanaqcı kəndində isə Astara sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə etdiyi "Mercedes" markalı betontökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb. Nəticədə sürücü və sərnişin- Tovuz sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Nərgiz Camalzadə