ABŞ-ın keçmiş prezidentinə qarşı cinayət işi açılıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülmüş ittihamlarla bağlı təqsirli bilinib.
Nyu-York Məhkəməsində hakim heyəti ABŞ tarixində ilk dəfə keçmiş prezident Donald Trampın cinayət işi üzrə təqsirli olmasına dair hökm çıxarıb. Tramp 34 halda sənəd saxtalaşdırmaqda təqsirli bilinib. Hər bir fakt üzrə 4 il azadlıqdan məhrumetmə cəzası çıxarıla bilər ki, bu da ümumilikdə 136 il edir.
Azad Mustafayev