ABŞ-ın Azərbaycandakı səfiri Füzuli və Şuşaya səfər edib
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və xanımı Danusia Libbi bu gün Füzuli və Şuşaya səfər ediblər. Diplomat paylaşımında İngilis dili proqramında iştirak etmiş yerli təhsil işçiləri ilə görüşəcəyini bildirib. Həmçinin Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi və Cıdır düzünü də ziyarət edəcək.
Vüsalə Cənnətova