ABL-də yeni mövsümdə əsas yeniliklər açıqlanıb
Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümündə 8 komandanın iştirakı ilə vahid çempionat keçiriləcək. Azərbaycan Basketbol Federasiyasının sözçüsü Sənan Əliyevin sözlərinə görə, əvvəlki kimi A və B qrupları olmayacaq. Mövsümün sonunda sonuncu komanda ABL-2-yə düşəcək, aşağı liqanın qalibi isə yüksək dəstəyə vəsiqə qazanacaq. Çempionat üç dövrədən ibarət olacaq. Bu mövsüm ilk dəfə 4 Azərbaycan klubu avrokuboklarda mübarizə aparacaq. Qadınlar arasında turnirin keçirilməsi də planlaşdırılır.Liqada yeni mövsümün ilk oyunu sentyabrın 30-da saat 19:30-da Bakı İdman Sarayında “Sabah” – “LANDAU Lions” qarşılaşması ilə başlayacaq.
18 sentyabr 2026

