Abşeronda 10 il əvvəl dənizdə batan şəxsin dayısı oğlu tərəfindən öldürüldüyü məlum olub
2021-02-12 14:07
Abşeronda 10 il əvvəl dənizdə batan şəxsin dayısı oğlu tərəfindən öldürüldüyü məlum olub. Belə ki, 21 iyun 2012-ci ildə Saray qəsəbə sakini Bayramov Ceyhun Yunis oğlunun Novxanıda dənizdə çimərkən boğulub ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən icraat 2014-cü ildə dayandırılıb. İstintaq-əməliyyat tədbirləri ilə cinayətin üstü açılaraq Ceyhun Bayramovun dayısı oğlu Fuad Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyən edilib. Əməlini etiraf edən Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Nərgiz camal