Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
2021-06-03 10:05
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Allahverdiyeva Sveta İman qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Nərgiz camal