Abşeron ər keçmiş həyat yoldaşını öldürüb
2021-05-31 10:05
Abşeronda qətl hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində qeydə alınıb. 1995-ci il təvəllüdlü Rəqsanə Muradova keçmiş əri 1987-ci il təvəllüdlü Ramil Məmmədov tərəfindən binanın həyətində bıçaqlanıb. Yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.
Nərgiz camal