ABŞ və Meksika ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
2021-04-24 10:00
Meksikanın dövlət televiziyasında Azərbaycan səfiri Məmməd Talıbov azad olunmuş ərazilərimizdə 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən infrastrukturun tamamilə dağıdıldığı, tarixi-mədəni irsimizin böyük ölçüdə məhv edildiyi, habelə torpaqların minalandığından, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən boyun qaçırdığından söz açıb. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Birləşmiş Ştatların “Defense One” mətbu orqanında yayımlanan məqaləsində də Ermənistanın beynəlxalq humanitar hüquqdan irəli gələrək sözügedən xəritələri Azərbaycan tərəfinə təqdim etməli olduğu xüsusi qeyd edilib.
Nərgiz Camal