ABŞ və İran arasında nüvə razılaşması yaxınlaşır

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında ilkin razılaşmanın əldə olunduğunu bildirib.Razılaşmaya İranın bombardman edilmiş nüvə obyektlərində uranın birgə çıxarılması da daxildir. Tramp qeyd edib ki, Tehran nüvə silahı hazırlamaqdan və əldə etməkdən imtina etməyə razılaşıb və tərəflər sazişin imzalanmasına yaxınlaşıblar.İranın xarici işlər naziri Abbas Əraqçı isə bildirib ki, hazırda ABŞ ilə rəsmi danışıqlar aparılmır, yalnız mesaj mübadiləsi davam edir.Tərəflər mümkün yeni danışıqlar üçün şərtləri nəzərdən keçirirlər.ABŞ və İsrailin İrana qarşı son hərbi əməliyyatları ölkəni geri addım atmağa məcbur etməyib.İranın raket potensialı qorunub saxlanılıb və ölkə lazım gələrsə müharibəni davam etdirməyə hazırdır.Bu arada İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində İran ərazi sularına yaxınlaşmağa cəhd edən ABŞ esminesinə zərbə endirdiyini açıqlayıb.

04 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik