ABŞ-İran gərginliyi fonunda Hörmüz boğazı ilə bağlı qarşılıqlı sərt açıqlamalar səslənib.İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib ki, boğaza nəzarəti İran həyata keçirəcək, lakin beynəlxalq gəmiçilik üçün açıq qalacaq. O, həmçinin ABŞ və İran arasında boğazdan keçən gəmilərlə bağlı problemlərin həlli üçün xüsusi əlaqə xəttinin yaradıldığını açıqlayıb. ABŞ Prezidenti Donald Trump isə İran limanlarının blokadasının bombardmandan daha effektiv üsul olduğunu deyib və zərurət yaranarsa, bu tədbirlərin yenidən tətbiq oluna biləcəyini vurğulayıb. O, həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Vaşinqtonun sərt addımlara hazır olduğunu bildirib.İran tərəfi isə Silahlı Qüvvələrin yüksək döyüş hazırlığında olduğunu və hər hansı təxribatın daha sərt cavablandırılacağını bəyan edib.
23 iyun 2026

