ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranla fikir ayrılıqlarının həllində “qamçı və şirniyyat” metodundan istifadə etdiyini bildirib.Danışıqlarda həm müsbət, həm də mənfi siqnallar müşahidə olunur və diplomatik həllə üstünlük verilir, lakin nəticə olmazsa, ABŞ-nin başqa fəaliyyət variantları da mövcuddur.Bu arada İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İran, ABŞ və Livan arasında Livanın milli suverenliyi ilə bağlı birgə komissiyanın yaradılacağını açıqlayıb. İran ABŞ dövlət katibi Marko Rubionun Fars körfəzi ölkələrinə səfərini Tehranla əldə olunan anlaşmaya qarşı yönəlmiş addım hesab edir və Vaşinqton daxilində fərqli siyasi yanaşmaların razılaşmaların icrasını çətinləşdirdiyini iddia edib.İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik əməkdaşlarının zədələnmiş İran nüvə obyektlərinə girişi hələlik məhdudlaşdırılıb və agentliyi daha məsuliyyətli fəaliyyət göstərməyə çağırıb.
01 iyul 2026

