ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edib
2021-05-18 10:09
ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı bildirib. Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Fərid Mehdiyev