ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsinə yaxınlaşıldığını bildirib
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsinin çatdığını bildirib. O, münaqişəyə son qoymaq üçün kütləvi hücumların bərpa edilib-edilməməsi və İran rejiminin məhv edilib-edilməməsi barədə qərar verməli olduğunu deyib. Tramp bu açıqlamanı Fars körfəzi ölkələrinin liderləri ilə planlaşdırılan görüşdən əvvəl “Axios”a müsahibəsində verib. Görüşdə müharibənin növbəti mərhələsi – diplomatik həll və ya hərbi əməliyyatların intensivləşdirilməsi müzakirə olunacaq.
18 sentyabr 2026

