Abş prezidenti azərbaycanlı həmkarına təbrik məktubu göndərib
2021-03-18 14:00
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Prezident İlham Əliyevi Novruz bayramı münasibəti ilə təbrik edib. "ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik" - detən Co bayden ABŞ-ın iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunu da ifadə edib.
Nərgiz Camal