ABŞ prezidenti: "Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır”
Azərbaycan qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır. Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilər ilə bağlı ünvanladığı məktubda bildirilib. Qeyd olunub ki, COP29 Azərbaycana neft-qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və “təmiz enerji” keçidinin inkişafı kimi əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır. "Türkmənistanın təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqlinə başlanması zaman məsələsidir". Bu fikirlər isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanının tədbirə ünvanladığı müraciətdə yer alıb.
Zülfiyyə Telmanqızı