ABŞ klubu məşqləri bərpa edib
2020-05-13 12:05
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu məşqləri bərpa edib. Arizona təmsilçisi hazırlığı kiçik qruplar şəklində gerçəkləşdirib. Məşqdən öncə oyunçuların temperaturları yoxlanılıb. Hazırlıq prosesinə Dadaşov da qatılıb. O, digər futbolçularla birgə fiziki və toplu çalışmaları yerinə yetirib.
Vəfa Şairova