Canlı
ABŞ İtaliyanı Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün dəstək göstərməyə çağırıb

2018-01-12 / 12:11

ABŞ ATƏT-in İtaliya sədrliyini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, biz sizdən münaqişənin sülh yolu ilə həllinə dair Minsk qrupunun səylərini artırmaq üçün öz nümayəndənizə və onun missiyasına hərtərəfli və qətiyyətli dəstək verməyinizi xahiş edirik. Ermənistan və Azərbaycan prezidentlərinin 2017-ci il Cenevrədəki zirvə görüşünün ümidverici olduğunu nəzərə alınmalıdir", - deyə ABŞ missiyasının bəyanatında qeyd olunub.

Ruhəngiz Hacızadə