ABŞ Prezidenti Donald Tramp deyib ki, Vaşinqton Tehranla yekun razılaşma əldə olunana qədər İrana qarşı sanksiyaları yumşaltmayacaq.ABŞ tərəfi hələlik İrana heç bir güzəşt təklif etməyib.ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Həcc ziyarətindən sonra İslamabad şəhərində keçirilə bilər. Hazırda tərəflər arasında mümkün sazişin son variantı üzərində iş aparılır.Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp arasında telefon danışığı baş tutub.Ərdoğan ABŞ-nin İranla bağlı atəşkəs qərarını müsbət addım kimi qiymətləndirib və diplomatik həll yollarını dəstəklədiyini bildirib.İran Prezidenti Məsud Pezeşkian isə deyib ki, Tehran bütün öhdəliklərini yerinə yetirib və müharibənin qarşısını almaq üçün bütün yolları açıq saxlayır.İranı təzyiq yolu ilə geri çəkilməyə məcbur etmək mümkün deyil.
21 may 2026

