ABŞ həmsədr ölkələrdən biridir və tərəflərə sülhə nail olunması üçün kömək etməyə hazırdır
2020-09-28 10:02
ABŞ həmsədr ölkələrdən biridir və tərəflərə sülhə nail olunması üçün kömək etməyə hazırdır. Bunu BŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus qeyd edib. ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden də Dağlıq Qarabağda vəziyyətlə bağlı narahatlığını ifadə edib. "Dağlıq Qarabağda zorakılığın baş verməsindən çox narahatam və təcili olaraq gərginliyin azaldılmasına, atəşkəsin bərpasına və Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsinə çağırıram", - deyə Bayden vurğulayıb.
Vəfa Şairova