ABŞ-da Xocalı soyqırımına həsr olunan veriliş yayımlanıb
2021-02-24 14:07
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın müəllifliyi ilə Xocalı soyqırımına həsr olunan televiziya verilişi yayımlanıb. Verilişdə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdikləri vurğulanır. Xocalı qırğınının soyqırımı olduğunu bildirilir və bu, insanlığa qarşı törədilən cinayət adlandırılır.
Nərgiz camal