ABŞ-da Mayami küçələri Azərbaycan bayraqlarına bürünüb
ABŞ-ın Florida ştatının Mayami şəhərində 8 noyabr Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüşü keçirilib. Həmvətənlərimiz Azərbaycan bayraqlarına bürünmüş avtomobillərlə mərkəzi meydan və prospektlərdə hərəkət ediblər. “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.
Nərgiz Camalzadə