Canlı
ABŞ-da güclü dolu zooparkda heyvanların ölümünə səbəb olub

2018-08-07 / 16:04

ABŞ-ın Kolorado ştatında güclü dolu fəsadlara yol açıb. Təbii fəlakət nəticəsində 15 nəfər xəsarət alıb. Bildirilir ki, böyüklüyü tennis topu qədər olan dolu dənələrinin yağması nəticəsində cox sayda bina, eləcə də avtomobillərə ziyan dəyib. Daha çox fəsad isə şəhər zooparkında yaşanıb. Belə ki, həmin vaxt zooparkda olan ziyarətçilər arasında xəsarət alanlar var, bir neçə heyvan tələf olub.

Ruhəngiz Hacızadə