ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları etiraz tədbiri keçirib
2020-10-15 11:05
ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları etiraz tədbiri keçirib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması sərt şəkildə pislənib. Soydaşlarımız Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini qınayıb, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər.
Vəfa Şairova