ABŞ-da Azərbaycanın Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib
ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr Zəfər Gününə və 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib. "Times" meydanında nəhəg monitorlarda "8 Noyabr Azərbaycanın Zəfər Günüdür!" şüarı nümayiş olunub. Həmçinin Qarabağın incisi xarı bülbül əks etdirilib.
Nərgiz Camalzadə