ABŞ-da alimlər yeni növ koronavirusu erkən mərhələdə aşkarlaya bilən test yaradıblar
2020-05-02 12:05
ABŞ-da alimlər yeni növ koronavirusu erkən mərhələdə aşkarlaya bilən test yaradıblar. Yeni test infeksiyanı yoluxmadan 24 saat sonra aşkar edə bilir. Hazırda istifadə edilən testlər isə koronavirusu yoluxmadan 3 sutka sonra müəyyən edir. Bildirilir ki, ABŞ-ın qida məhsullarına və dərmanlara nəzarət İdarəsi bir həftə ərzində yeni testlərin istifadəsinə icazə verəcək.
Fərid Mehdiyev