2021-05-21 10:00
İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və əlaqələrin qurulmasına kömək etməyə hazırdır. ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstək ifadə edilib. Eləcə də Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji yardımı yüksək dəyərləndirilib. "Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Biz qarşıdan gələn onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq" - deyə Cozef Bayden vurğulayıb.
Vüsalə camal