"ABŞ Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir" - Josef Bayden
2021-06-01 16:00
ABŞ-nın Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda "Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, ABŞ Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır" deyilir.
Vüsalə camal