ABŞ-ın Vaşinqton ştatında qoruyucu maska taxmaq məcburi olacaq
2020-06-24 14:05
ABŞ-ın Vaşinqton ştatında qoruyucu maska taxmaq məcburi olacaq. Bu barədə ştatın qubernatoru Cey İnsli öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, qərar iyunun 26-dan etibarən qüvvəyə minəcək. ABŞ koronavirusa yoluxma göstəricilərinə görə liderdir.
Nərgiz Camal