Canlı
ABŞ-ın Sietl şəhərinin meri Azərbaycanla bağlı bəyanat verib

2018-05-16 / 08:35

ABŞ-ın Vaşinqton ştatının ən böyük mərkəzi olan Sietl şəhərinin meri Cenni Durkan Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyanat verib. Sənəddə vurğulanır ki, Sietl şəhəri, burada yaşayan Azərbaycan icmasını dəyərləndirir və Azərbaycanın irsi və tarixinin qeyd olunmasını dəstəkləyir. Bəyanat Sietl şəhərinin meri tərəfindən Sietlda yaşayan Azərbaycan icması və Vaşinqton Universitetinin Azərbaycanlı tələbələrinin dəstəyi nəticəsində təqdim olunub.

Vəfa Şairova