ABŞ-ın Minnesota ştatında 26 fevral Azərbaycan günü elan edilib
2020-02-13 14:06
ABŞ-ın Minnesota ştatında 26 fevral Azərbaycan günü elan edilib. Bu barədə ştatın qubernatoru Tim Volz bəyanat imzalayıb. Sənəddə Minnesotada yaşayan azərbaycanlıların ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdə olduqları qeyd edilir.
Vüsalə Camal