ABŞ-ın Los Anceles şəhərində 92-ci "Oskar" kinomükafatlarının təqdimat mərasimi keçirilib
2020-02-10 14:04
ABŞ-ın Los Anceles şəhərində 92-ci "Oskar" kinomükafatlarının təqdimat mərasimi keçirilib. "Ən yaxşı film" mükafatına Cənubi Koreyanın "Parazit" filmi layiq görülüb. Bu film həmin kateqoriyada qalib gələn ilk əcnəbi film olub. Ekran əsəri, həmçinin "Ən yaxşı əcnəbi film" və "Ən yaxşı orijinal ssenari" kateqoriyalarında qalib olub. Filmin rejissoru Pon Jun Ho "Ən yaxşı rejissor" adını qazanıb.
Ruhəngiz Hacızadə