ABŞ-ın İllinoys ştatında Gəncə terrorunu pisləyən aksiya keçirilib
2020-10-17 14:04
ABŞ-ın İllinoys ştatı, Çikaqo şəhərində yaşayan soydaşlarımız Gəncə terrorunu pisləyən aksiya keçiriblər. İştirakçılar Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını, ölkəmizin müxtəlif şəhər və rayonlarında onlarla günahsız insanın qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terroruna son!” şüarları səsləndirilib.
Fərid Mehdiyev