Canlı
ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçə "Zeytun budağı" adlandırılacaq

2018-02-13 / 09:02

ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" antiterror əməliyyatının adı veriləcək. Belə bir təşəbbüslə Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna çıxış edib. "Nevzət Tandoğan küçəsinin adının "Zeytun budağı"na dəyişdirilməsi haqqında təklif təsdiqlənib. Təşəbbüs bu gün bələdiyyə yığıncağının müzakirəsinə çıxarılacaq. Biz şəhidlərimizlə fəxr edirik", - deyə bələdiyyə sədri Tvitterdə yazıb.

Vəfa Şairova