ABŞ-ın Alyaska ştatında son seçki məntəqələri bağlanıb
2020-11-04 11:09
ABŞ-ın Alyaska ştatında son seçki məntəqələri bağlanıb. Ölkədə prezident seçkiləri ilə əlaqədar səsvermə başa çatıb. Səslərin sayımı davam edir. Ən son məlumatlara görə, Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden 49, 9 faiz səslə 238 seçki kollegiyasının, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp isə 48, 5 faiz səslə 213 seçki kollegiyasının səsini qazanıb. Qələbə üçün namizədlərdən birinə 270 kollegiyada qalib gəlmək lazımdır.
Fərid Mehdiyev