ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair əldə olunan razılaşmanın detalları açıqlanıb. ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, nəzərdə tutulan saziş təkcə Vaşinqton və Tehranı deyil, həmçinin İsrail, Livan və Fars körfəzi ölkələrini də əhatə edən regional sülh mexanizmi olacaq.“Al Arabiya” telekanalının yaydığı 14 maddəlik memorandum layihəsində müharibənin dərhal dayandırılması, qarşılıqlı hərbi təhdidlərdən imtina, sanksiyaların mərhələli şəkildə ləğvi və İran iqtisadiyyatının bərpası üçün ən azı 300 milyard dollarlıq maliyyələşmə planı nəzərdə tutulur.Sənədə əsasən, İran nüvə silahı istehsal etməyəcəyini bir daha təsdiqləyir, ABŞ isə yekun razılaşma əldə olunacağı təqdirdə İrana qarşı tətbiq edilən sanksiyaların dayandırılmasını öhdəsinə götürür.Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 15-də ABŞ və İran arasında razılığın əldə olunduğunu açıqlayıb. Sənədin iyunun 19-da İsveçrədə imzalanması gözlənilir.
17 iyun 2026

