Ağtafada piyadanı maşın vuraraq öldürüb
Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Köçvəli kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada - 1962-ci il təvəllüldü Qiyas Məmmədovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Goranboyun Balakürd kəndinin yaxınlığında da yol-nəqliyyat hadisəsi olub. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Fərid Mehdiyev