Ağsuda rayon sakinindən “Kalaşnikov” avtomatı və narkotik götürülüb
2021-02-17 10:08
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında şəhər ərazisində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı ünvanda qanunsuz odlu silah və narkotik vasitə saxlayan şəxs tutulub. Rayon sakini Mehman Qəhrəmanovda şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və tiryək aşkarlanıb. Onun şəhər ərazisindəki yaşadığı ünvana baxış zamanı isə 124 qram marixuana və 30 qram tiryək, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.
Vüsalə camal