Ağsuda qonaqlar ev sahibini bıçaqladı
2020-06-09 12:03
Ağsuda yerli sakinlər, keçmiş məhkumlar olan Raul Səfərov və Eldəniz Nuriyev Seymur Məmmədovun evinə qonaq gəliblər. Orada yeyib-içəndən sonra ev sahibinin boğazına bıçaq dirəyərək ondan 500 manat tələb ediblər. Məmmədov evində olan 190 manatı onlara versə də, həmin şəxslər onu bıçaqlayaraq hadisə yerindən qaçıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıblar.
Vəfa Şairova