Ağsuda qəza baş verib, 1 nəfər ölüb, ikisi yaralanıb
2021-03-01 14:07
Ağsunun Kəlağayılı kəndində 58 yaşlı Habil İsmayılov “Ford” markalı yük maşınında idarəetməni itirib. Avtomobil əvvəlcə qarşı zolaqda hərəkətdə olan 42 yaşlı Cabir Vahabovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə sükanı arxasında 27 yaşlı Röyal Əhmədlinin olduğu “VAZ-21074” markalı avtomobilinə çırpılıb. Habil İsmayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb, Cabir Vahabov və sərnişin, 44 yaşlı Yaqut Quliyeva isə müxtəlif bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanıb.
Nərgiz camal