Ağsuda maşın aşıb, 2 nəfər xəsarət alıb
2020-10-10 16:07
Ağsu sakini, 36 yaşlı Ələkbərov Təbriz Sabir oğlu "VAZ-2107" markalı avtomobillə Ağsu aşırımında hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. Sürücü və sərnişini Nağıyev Rafael Ağazər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəfa Şairova