Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb
Ağsuda minik avtomobilinin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq Ağsu çayının yatağına düşüb.Avtomobildə olan 27 yaşlı Kamran Cəfərov və 22 yaşlı Səid Qasım hadisə yerində həyatını itirib.Digər sərnişinlər - 21 yaşlı İsmayıl Baxışov və 20 yaşlı Şahvələt Şəfaqətov xəsarət alıblar.Faktla bağlı araşdırma aparılır.
26 may 2026

