Ağsuda 10 yaşlı qızı maşın vuraraq öldürüb
2021-04-14 10:05
Ağsu şəhərində ölümlə nəticələnən qəza olub. Rayon sakini 10 yaşlı Məhərrəmli Nəzrin Səbuhi qızı yolu keçmək istəyərkən Kərimov Cavid Nəriman oğlunun idarə etdiyi avtomobillə vurulub. Yaralı dərhal Ağsu rayon Mərkəzi xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova