Ağsu rayonunda gənc oğlan canavarların hücumuna məruz qalıb
2021-06-06 14:10
Ağsu rayonunda gənc oğlan canavarların hücumuna məruz qalıb. Rayon sakini Tural Hüseynli Elabad kəndinin dağlıq ərazisində qoyun otararkən qəflətən canavarlar ona hücum edib. Vəhşi heyvanlar onun bədəninin bir neçə yerini dişləyərək ağır xəsarətlər yetiriblər. Xəstəxanaya yerləşdirilən gəncə, quduzluğa qarşı vaksin vurulub. Hazırda müalicəsi davam etdirilir.
Nərgiz camal