Ağstafaya yeni polis rəisi təyin edilib
2020-06-11 14:05
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Nazir general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinin rəisi təyin edilib. O, bundan öncə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Kəpəz RPİ-yə isə rəis vəzifəsinə hələlik təyinat olmayıb.
Nərgiz Camal