Canlı
Ağstafada xəsarətlə nəticələnən yanğın baş verib

2018-09-11 / 12:02

Ağstafa rayonunun Qırılı kəndində ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m2 sahədə yanıb. FHN-in məlumatına görə, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.

Vəfa Şairova